Baku City CircuitFormula 1IdmanTəqdimat

Formula 1qayıdır. Trekə və tribunaya!

İyunun 10-12-də keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi bu il həm trekdə, həm də tribunada öz azarkeşlərinə unudulmaz həyəcan yaşadacaq.

İki il davam edən pandemiya səbəbindən 2020-ci ildə təxirə salınmış, növbəti il isə tamaşaçısız keçirilən Formula 1 yarışları bu mövsüm yenidən öz tamaşaçıları ilə görüşəcək.

Frame.az xəbər verir ki, ölkəmizdə sayca altıncı dəfə təşkil olunan yarışın builki şüarı “F-1 qayıdır: trekə və tribunaya!” olaraq müəyyənləşdirilib.

İyunun 10-dan 3 gün ərzində Formula 1 pilotları paytaxt küçələrini möhtəşəm rəqabət və inanılmaz sürətlə ram edəcəklər.

Bakı Şəhər Halqası Formula 1 pilotları və həvəskarlarını tezliklə ölkəmizdə qarşılamağa səbirsizləndiyini çatdırır.

Formula 1 Azərbaycan Qran-Prisi mövsümün ən parlaq vizuallarını təqdim edir. İlk dəfədir ki, onların Azərbaycanın üç rəngli bayrağının rəngləri ilə, daha vətənpərvər ruhda simvolizə olunub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!