Site icon Frame.az

Formula E-nin cari mövsümünün yenilənmiş təqvimi açıqlanıb

Formula E-nin təşkilatçıları cari mövsümün təqviminin yenilənmiş versiyasını təqdim ediblər.

Təqvimə Valensiya (24 aprel) və Monakoda (8 may) təsdiqlənmiş mərhələlərlə yanaşı, Meksika (19-20 iyun), Nyu-York (10-11 iyul), London, (24-25 iyul) və Berlin (14-15 avqust) mərhələlərinin hərəsində iki yarış əlavə edilib.

Daha əvvəl Mərakeşdə mayın 22-də keçirilməsi planlaşdırılan mərhələ ləğv edilib. Çilidə iyulda təşkili planlaşdırılan iki yarış isə Çin və Koreya Respublikasındakı mərhələlər kimi növbəti mövsümə təxirə salınıb. Gələn mövsüm keçiriləcək bu yarışlarda azarkeşlərin iştirakı gözlənilir.

Təqvim koronavirusla əlaqədar vəziyyətin inkişafından və ölkələr arasında müxtəlif məhdudiyyətlərin qoyulmasından asılı olaraq dəyişə bilər.

Exit mobile version