XV Avropa Gənclər Yay Olimpiya Festivalında həndbolçu qızların turnirində final matçı keçirilib.
Çempionun müəyyənləşdiyi həlledici oyunda Niderland və Fransa komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən görüşdə 23:21 hesabı ilə qələbə qazanan fransızlar Bakı yarışlarının çempionu olublar.
Xatırladaq ki, üçüncülük görüşündə İsveçrə millisini məğlub edən (30:20) Macarıstan həndbolçuları bürünc medala sahib olublar.
Yarışda 5-ci yer uğrunda görüşdə Rumıniya yığması İspaniyadan (29:20), 7-ci yer uğrunda görüşdə isə Çexiya idmançıları Azərbaycan komandasından (42:13) üstün olub.
Bununla da Festivalda həndbolçu qızların mübarizəsi başa çatıb.
Frame.az