Baku Shopping Festival

“French Connection”da Bakı Şopinq Festival endirimləri!

Bu gündən etibarən “French Connection” markası Bakı Şopinq Festivalına qoşulub. Bununla da Gənclik Mall və Port Baku ticarət mərkəzlərində yerləşən “French Connection  – FCUK” mağazalarda alış-veriş etməklə 30%-dan başlayan güzəştlər əldə etmək mümkün olacaq! Eləcə də, ödənilən məbləğin ƏDV-si alıcılara geri qaytarılacaq.

Festivala qoşulmuş mağazalar xarici turistlərə və Azərbaycan vətəndaşlarına sərfəli şərtlərlə öz mallarını təklif edəcəklər. Bakı Şopinq Festivalı çərçivəsində alıcılar “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazalarda Festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/ru/istirakcilarin-siyahisi/  linkində tanış olmaq olar.

Sevdiyiniz, bəyəndiyiniz malları  sərfəli qiymətlərlə əldə edib üstəlik  ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu iştirakçı  mağazalarda alış-veriş etməyə tələsin! Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!