Site icon Frame.az

Futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

Sonuncu oyun günündə “Sabah” klubu “Qarabağ”ı qəbul edib. Masazırdakı “Bank Respublika Arena”da baş tutan matçda qonaqlar qalib gəliblər – 1:0.

Xorvatiyalı Jelko Sopiçin meydan sahiblərinin baş məşqçisi postunda debüt etdiyi görüşün 74-cü dəqiqəsində Abdullah Zubir fərqlənib.

Ağdam təmsilçisi bu qalibiyyətdən sonra xalını 30-a çatdırıb. “Sabah” isə 13 xalla 6-cı sıradadır.

Qeyd edək ki, hesabat turunda “Qəbələ” “Zirə”yə 3:0, “Keşlə” “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəlib. “Səbail” – “Neftçi” qarşılaşması isə qolsuz bərabərliklə yekunlaşıb.

Exit mobile version