FutbolIdman

Futbol üzrə Azərbaycan kubokunda dörddəbir final mərhələsinə start verilib

Dekabrın 15-də futbol üzrə Azərbaycan kubokunda dörddəbir final mərhələsinə start verilib.

Frame.az xəbər verir ki, günün ilk oyununda “Qəbələ” və “Sabah” komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilmiş matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0. İlk 2 qolu 19-cu və 44-cü dəqiqələrdə Klesio Bauk vurub. Son nöqtəni isə 87-ci dəqiqədə Ülvi İsgəndərov qoyub.

Cavab görüşü iyunun 19-da “Bank Respublika Arena”da keçiriləcək.

Qeyd edək ki, hazırda “Səbail” – “Zirə” matçı keçirilir. Hələlik hesab açılmayıb – 0:0.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!