Gəncədə “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının” yaradılması layihəsinin bağlanış konfransı keçirilib

Gəncə şəhərində “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının” yaradılması layihəsinin bağlanış konfransı keçirilib. Qeyd edək ki, UNİCEF-in maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı və Gənclər Təşkilatları Milli Şurası tərəfindən icra olunan layihənin əsas məqsədi yerli səviyyədə gənclərin iştirakçılığının təşviq edilməsi və dəstəklənməsi olub.

Tədbirdə Qazax, Tovuz, Şəmkir, Biləsuvar və Xəzər məşvərət şuraları fəaliyyətləri əks etdirən təqdimatlarla çıxış ediblər.

Günün ikinci yarısı “Region gənclərinin ictimai iştirakçılığının artırılmasında dövlət müəssisələrinin rolu” və “Azərbaycanda rast gəlinən cari ekoloji problemlər və beynəlxalq təcrübənin tətbiqi imkanları” mövzusunda panel müzakirələri baş tutub.

Sonda isə məşvərət şurası üzvlərinə sertifikatlar təqdim olunub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: