18 May 2019-cu il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının(NAYORA) təşkilatçılığı ilə ADA Universitetində keçiriləcək”Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə” konfransı, Bakı və regionlarımızda fəaliyyət göstərən gənclər təşkilatlarının idarə heyətini, katibliyini və könüllülərini bir araya gətirəcək.
Layihə,BMT tərəfindən elan olunan 17 Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) əsas tutaraq,Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən həyata keçirilir.
Layihənin davamlılığının təmin edilməsi məqsədi ilə təşkil olunacaq təlimlər Balakən, Gəncə, Mingəçevir, Şəmkir və Şirvanda fəaliyyət göstərən Gənclər Evlərində həyata keçiriləcək. Təlimlər hər regiondan onlayn ərizə əsasında seçiləcək olan 20 gənclər təşkilatı nümayəndəsinin iştirakı ilə reallaşacaq.
Konfransın məqsədi, Gənclər Təşkilatları nümayəndələrinin Dayanıqlı İnkişaf Məqsədləri haqqında bilik və bacarıqlarının artırılması, gənclər təşkilatlarının gələcək fəaliyyətinin planlanmasında DİM-lərin təbliğ edilməsi, həyata keçirilmiş sorğu nəticələrinin Dayanıqlı İnkişaf Gündəliyi ilə işləyən dövlət qurumları, şirkətlər, BMT agentlikləri və gənclər təşkilatları nümayəndələri qarşısında təqdimatı və gələcək fəaliyyətlərdə keçirilmiş sorğu nəticələrinə əsaslanan layihələrin icra edilməsi ilə gənclərimizin dayanıqlı inkişafına töfhə vermək və onlara dəstək olmaqdır.
Konfrans 3 moduldan ibarət olacaq. Birinci hissə DİM-lər haqqında iştirakçıların məlumatlılıq səviyyəsinin artırılması və 9000 gənc arasında keçirilmiş sorğu nəticələrinin təqdimatına həsr olunacaq, hansı ki, Yaxşı Səhiyyə və Rifah, Keyfiyyətli Təhsil, Layiqli Əmək və İqtisadi Artım məqsədlərini əhatə edəcək. İkinci hissədə, Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda gənclər təşkilatlarının fəaliyyət planlaması, üçüncü hissədəisə təlimlər və spikerlərin çıxışı həyata keçiriləcək. Eyni zamanda, 4 mövzuda vorkşoplar keçiriləcək.
Konfransın əsas hədəf qrupu Bakıda və regionlarda fəaliyyət göstərən 18-35 yaş arası gənclər təşkilatlarının rəhbərləri, idarə heyəti üzvləri və könüllüləri, həmçinin dayanıqlı İnkişaf Məqsədləri sahəsində çalışan dövlət qurumları, şirkətlər və BMT agentlikləridir.
Konfransda iştirak etmək istəyən gənclər aşağıda qeyd olunan anket formasını doldurmaqla, 11 May 2019-cu il saat 18:00-a qədər qeydiyyatdan keçə bilərlər. Seçilmiş iştirakçılara nəticələrlə bağlı məlumat 12 May 2019-cu iltarixinədək göndəriləcəkdir.
Konfrans 1 gün – 09:00-dan 18:00-a qədər davam edəcək.
Layihənin tərəfdaşları Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, ADA Universiteti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyidir.
Qeyd edək ki, regiondan seçiləcək iştirakçıların yaşayış, qidalanma və nəqliyyat xərcləri təşkilatçı tərəfindən təmin ediləcəkdir.
Ətraflı məlumat üçün:http://bit.ly/2LJ9kcy
Qeydiyyat üçün keçid:http://bit.ly/2XWJVgY
Frame.az