AGAT 31 oktyabr, 2017-ci ildə Şəki şəhərində “Gənclərin ictimai fəallığı: Azərbaycan təcrübəsi” adlı dəyirmi masakeçirtməyi planlaşdırır. Əsas məqsəd gənclərin dövlət gənclər siyasətində fəal iştirakı, BMT-nin gənclər qolları ilə gələcəkdə əməkdaşlıq perspektivlərini müzakirə etmək, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət prorqamının əhəmiyyətini gənclərin nəzərinə çatdırmaqdır.
Seminarda AGAT-ın təşəbbüskarlığı ilə BMT-nin İnkişaf Proqramın Azərbaycan üzrə nümayəndəliyinin əməkdaşları və Etika Akademiyasının rəhbəri Günel İbrahim iştirak edəcəkdir. Qeyd edək ki, AGAT il ərzində maliyyə imkanlarını nəzərə almaqla, BMT-nin İnkişaf Proqramı Azərbaycan nümayəndəliyi ilə birlikdə müxtəlif səpkili tədbirlər keçirir.
Frame.az