“Gənclərin məşğulluğu“ yay istirahət düşərgəsinə start verilib
İyulun 25-dən 30-dək Gənclər və İdman Nazirliyi tərəfindən Goranboy rayonunda “Əylənərik öyrənirik“ şüarı ilə keçirilən “Gənclərin Məşğulluğu“ adlı yay istirahət düşərgəsinə start verilib.
Düşərgənin programına əsasən, Kənd Təsərrüfatı Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin ekspertləri tərəfindən təlimlər keçiriləcək, əyləncəli oyunlar, idman və bilik yarışları təşkil ediləcək. İştirakçılar Goranboy, Gəncə, Mingəçevir rayon, şəhərlərində fəaliyyət göstərən zavod və fabriklərin istehsal prosesləri ilə tanışlıq olacaqlar.
Düşərgə iştirakçıları “Gənclik”, “Gələcək” və “İnkişaf” adlı 3 komandaya bölünüblər.
Düşərgənin açılışında gənclər və idman nazirinin müavini İndira Hacıyeva və Goranboy rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Seymur Nazarov iştirak ediblər.