Site icon Frame.az

Gərgin mübarizə gözlənilir-Haas komandası

Roman Qrojan, Haas komandasının pilotu:

“Bolid əla vəziyyətdədir, komanda isə əlindən gələni edir. Mövsümün ilk 3 yarışında xal qazana bilməmişik. İlk xalımızı Bakıda qazanacağımıza ümid edirəm.

Bakı treki digərlərindən çox fərqlənir. Uzun düz yolda yüksək sürət, Qala Divarı ətrafındakı döngədə isə tarazlıq əsas faktordur. Çox maraqlı Qran Pri olacaq. Gözləntilərimiz böyükdür. Çalışacağıq bütün fürsətlərdən yararlanaq.

Ön cərgədə gərgin mübarizə gedir. Bəzi yarışlarda Renault, Toro Rosso, Haas və ya McLaren trekin yarısında üstünlüyü ələ alır. Bu, yarışı daha da maraqlı edir.  Ön cərgədə isə vəziyyət başqadır. Mercedes hələ də qələbə qazanmayıb. Gərgin mübarizə gözlənilir”.

Kevin Maqnussen, Haas komandasının pilotu:

“Bu il daha yaxşı bolidə sahibik. Tarazlıq əla vəziyyətdədir. Digər komandaların hazırlıqları haqqında məlumatımız olmadığı üçün Azərbaycan Qran Prisi haqqında proqnoz vermək çox çətindir.  Var gücümüzlə mübarizə aparacağıq.

Hal-hazırda Renault komandasıyla bərabər gücdə, McLaren komandasından isə bir qədər sürətli olduğumuzu düşünürəm. Trekinin yarısında ən güclü rəqibimiz Renault komandasıdır. Nəzərə alsaq ki, bolidlərimiz oxşardır, onları məğlub da edə bilərik.

Əsas məqsədimiz bu komandalara qarşı mübarizə aparmaqdır. Keçən il səkkizinci yerdə qərarlaşdıq, bu il nəticəmizi yaxşılaşdırmaq istəyirik. Mövsümün ortasında yaxşı mövqedə olsaq, hədəflərimizi də yenidən müəyyənləşdirəcəyik”.

Gunter Ştayner, komandanın rəhbəri:

“Mövsümün ilk 3 yarışında rəqabətə davamlı olduğumuzu göstərdik. Hər yarışda təkərləri daha yaxşı tanıyırıq. Bu il planımız ötən ildəkindən fərqlidir.

Ötən il mövsümün əvvəlində bolidlə bağlı yeniliklər etməməyə qərar verdik. Bütün diqqətimizi bu ilki bolidlərə yönəltmişdik. Bu il isə daha çox yeniliklər etmək qərarına gəlmişik”.

Frame.az

Exit mobile version