IdmanTəhsilTəqdimat

“Gənc alimlərin yay düşərgə”si başa çatıb

Gənclər və İdman Nazirliyi və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Gənc alimlərin yay düşərgə”si başa çatıb. Avqustun 6-dan 11-dək Lənkəran Olimpiya Kompleksində keçirilən Düşərgənin proqramına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının, eləcə də müxtəlif nazirliklərin elmi müəssisə və təşkilatlarında çalışan gənc alimlər üçün “Tənqidi düşüncə”, “Beynəlxalq təqaüdlər”, “Gənc alimlərin fərdi və intellektual inkişafı”, “Təqdimat bacarıqlarının təkmilləşdirilməsi”, “Akademik tədqiqatların nəticələrinin elmimetrik bazalarda işıqlandırılması”, “Motivasiya və Hədəf”, “Liderlik bacarıqları” təlimləri,  “Xəmsə” intellektual-əyləncəli oyunu, şahmat, dama, voleybol yarışları, bədii yaradıcılıq müsabiqələri təşkil edilib.

İştirakçılar AMEA Lənkəran Regional Elmi Mərkəzində olub, burada yetişdirilən müxtəlif çay növləri, sitrus bitkiləri, zəngin meşə genefondu ilə tanış olub, görkəmli alimlərin mühazirələrini dinləyiblər.

Düşərgənin sonuncu günü 44 Günlük Vətən müharibəsi şəhidi Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı olmuş Bağırzadə Mahsunun atası Zahir Bağırovun gənclərlə görüşü təşkil edilib. Sonra gənclər Şəhidlər Xiyabanına ziyarət ediblər.

Düşərgə müddətində təşkil olunmuş müxtəlif intellektual-əyləncəli oyunlar və idman yarışları üzrə qaliblərə sertifikat və hədiyələr təqdim edilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!