EventsTəqdimat

“Gənc kinematoqrafçılar” layihəsinin bağlanış mərasimi olub

“ASAN Könüllüləri” Təşkilatının və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənc kinematoqrafçılar” layihəsinin bağlanış mərasimi keçirilib.

Mərasimdə “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov iştirak ediblər.

Layihə çərçivəsində iştirakçılar Azərbaycan Kinematoqrafçılar İttifaqının peşəkar rejissor və ssenaristlərinin təcrübələrindən yararlanaraq Azərbaycan kinematoqrafiyası ilə yaxından tanış olublar.

Bağlanış mərasimində layihə boyunca keçirilən dərslər ərzində rejissorların hazırladığı 1 kadrlı film və 3 xarakter videolar izlənilib və ssenaristlərin yazdıqları ssenarilər nəzərdən keçirilib.

Sonda iştirakçılar sertifikatlarla təltif ediliblər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!