IdmanSağlamlıqTəqdimat

Gənc Psixoloqların Yay Məktəbi-2022 layihəsinə start verilib

Gənclər və İdman Nazirliyi və “Gənc Psixoloqlar” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən Gənc Psixoloqların Yay Məktəbi-2022 layihəsinə start verilib.

Düşərgənin ilk günü rəsmi açılış olub. Daha sonra düşərgə iştirakçılarının tanışlığı məqsədi ilə müxtəlif əyləncəli fəaliyyətlər təşkil olunub. Həmçinin, psixoloji xidmətlə bağlı etik kodeksin vacibliyi və beynəlxalq təcrübədəki müddəları müzakirə edilib.

Oğuz rayonunda avqustun 1-dən 6-dək keçirilən düşərgənin əsas məqsədi xüsusi həssas qruplarla işləyən psixoloqların peşəkar bacarıqlarının artırılması və düşərgə iştirakçısı olan tələbələrin gələcək fəaliyyətləri üçün əsas bacarıqların ötürülməsidir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!