EventsFestivallarMədəniyyətTeatrTəqdimat

Gənc Tamaşaçılar Teatrında “Cosmic love” tamaşası nümayiş olunub

İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 30-da Gənc Tamaşaçılar Teatrında Kanadanın Klara Furey rəqs qrupunun “Cosmic love” tamaşasısı nümayiş olunub.

Frame.az xəbər verir ki, “Cosmic love”da xoreoqraf Klara Furey işini fiziki təzahürlərin intuitiv və poetik təqdimatı ətrafında qurub.

Hər növ ünsiyyətin mümkün olduğu minimalist quruluşda o, daimi şəkil dəyişən enerji və sadə jestlərdən ibarət ayinlərə müraciət edib. Bununla Klara Furey yeddi ifaçı ilə canlı bədənlərin bənzərsiz parlaqlığını aşkara çıxaran abstrakt əsər yaratmağı bacarıb.

Tamaşa böyük maraq doğurub.

Qeyd edək ki, incəsənət sahəsində rəqs dünyasına daxil olmazdan əvvəl Klara Furey bəstəkar kimi çalışıb. 2011-ci ildən o, istiqamətini xoreoqrafiya çevirərək hissi qavrayışın yüksək səviyyədə dərk edilməsi mövzusu ətrafında mərkəzləşən iş yaradıb. O, daima öz individuallığını incə detallarda təcəssüm etdirərək bədən hərəkətlərinə xüsusi önəm verir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!