IdmanTəqdimat

Gənclər və idman naziri Beynəlxalq Teqbol Federasiyasının prezidenti ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Teqbol Federasiyanın prezidenti Gabor Borsanyi ilə görüşüb.

Gənclər və İdman nazirliyinin mətbuat xidmətindən Frame.az-a bildirilib ki, görüşdə Azərbaycanda bütün idman növlərinə diqqət göstərildiyini vurğulayan nazir son zamanlar bu sahədə görülən işlər barədə məlumat verib.

Gabor Borsanyi Beynəlxalq Teqbol Federasiyasının Azərbaycanda bu idman növünün təbliği və inkişafı üçün əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. Qeyd olunub ki, yeni idman növü olmasına baxmayaraq dünyada geniş yayılmaqda olan teqbola Azərbaycanda da gənclər maraq göstərirlər.

Görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov, Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma, Teqsports beynəlxalq biznesin inkişafı şöbəsinin rəhbəri İstvan Döbrei və Azərbaycan Teqbol Federasiyasının prezidenti Vüqar Xəlilov və baş katibi Əfqan Həmzəyev də iştirak ediblər.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!