Site icon Frame.az

“Gazelli Group” komandası Yevlaxda

Noyabrın 15-də İqtisadiyyat Nazirliyinin Yevlax şəhərində yerləşən Regional İnkişaf Mərkəzində “Regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar” mövzusunda tədbir keçirildi.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin iqtisadi inkişaf strategiyasının əsas və prioritet istiqamətlərinə uyğun olaraq son dövrlər ölkədə sahibkarlığın dinamik inkişafı və genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, ixracın təşviqi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların hüquqlarının etibarlı müdafiə mexanizmlərinin yaradılması, regionlarda ailə təsərrüfatlarının dəstəklənməsi istiqamətində həyata keçirilən islahatlar barədə çıxışlar edildi.

“Made in Azerbaijan” şüarlı stend ilə tədbirdə iştirak edən Gazelli Group komandasının təqdim etdiyi Aroma Collection, Buta, Sun+, Start brendlərinin məhsulları tədbir iştirakçılarının böyük marağına səbəb oldu.
#gazelligroup #buta #aromacollection #start #sun 

Frame.az Aroma Collection 15056499_540258519513418_1762496897073335651_n

Exit mobile version