Site icon Frame.az

“Gecə qonağı 2” filminin qala gecəsi keçirildi

“Gecə qonağı 2”

2 oktyabr rejissor Kənan Mahmudovun çəkdiyi “Gecə qonağı 2” filminin qala gecəsi baş tutdu. Tədbir ulduz axını ilə yadda qaldı və məhşur aktyorlar, rejissorlar,  tanınmış simaları bir araya topladı.

Dram janrında çəkilən filmin sinopsis belədir:

Ədalət zərgərdi, oğlu ilə yaşayır, Zarina isə məşhur aktrisadı, ölkədə onu hamı tanıyır, Ədalət və Zarina bir gün yol qəzasında tanış olurlar və hər şey bu tanışlıqdan sonra başlayır…

Zarinanın həyatında görüşdüyü bir insan var və o insan Zarinaya görə öz ailəsini tərk edir. Lakin Ədalətlə olan tanışlıq Zarınanın həyatında hər şeyi alt üst edir. Ədalət isə heç kimin bilmədiyi səbəblərə görə Zarina ilə münasibət yaratmaq istəmir və filmin sonunda bütün səbəblər bəlli olur.

Film artıq böyük ekranda yayımlanır və ilk gündən tamaşaçıların marağına səbəb olub.

Frame.az

Exit mobile version