CinemaTəqdimatƏyləncə

“Bəs səni səndən kim qoruyacaq?”- Gemini filmi təqdim olundu

Ötən gün Park Bulvar AVM-də yerləşən Park Cinema-da “Gemini” filminin qapalı nümayişi keçirilib.

Hər zamankı kimi qonaqlara müxtəlif növ təamlar, içkilər və əyləncəli musiqili proqram təqdim olunub. Dəvət olunan qonaqlar və media nümayəndələri üçün xüsusi foto zonalar da təşkil edilib.

Film peşəkar casus və killer Henry Broganın həyatından bəhs edir. O artıq yaşlanıb və bu işlərə son vermək, istirahət etmək üçün okeana çəkilmək arzusundadır. Amma onun hər hərəkətini addım və addım izləyən gizli casusdan xəbərsizdir.

Qeyd edək ki, “Əkizlər” filminin direktorları bir neçə dəfə dəyişib. Çox vaxt yaradıcı heyyət əsas personajlardan birinin cavanlaşması ilə əlaqəli çəkilişlərin çətin texniki tərəfindən qorxduqları üçün film uzun müddət ekranlara çıxa bilməyib. Nəticədə, Eng Lee filmin 3D şəklində çəkilməsini və bunun üçün yüksək dərəcələrdən istifadə edilməsi fikrini irəli sürüb və filmin çəkilişləri üçün yarımçıq tikili olan binanı məsləhət görüb.

Eng Lee-nin bu fikirləri özünü doğruldub. Filmi izləyən bütün izləyicilər, bir olaraq, layihənin texniki komponentini tərifləyib və saniyədə 120 kadrın klassik fəaliyyət səhnələri üçün əla olduğunu qeyd ediblər.

Aktyor Uil Smitt isə ikiqat rolun öhdəsindən bacarıqla gəlib.

Əyər siz 3D şəklində yüksək standartlı və vizual effektlərlə zəngin olan film axtarışındasınızsa bu film sizin üçün ideal seçimdir.

Texnologiyanın yeni erasını “Gemini” (“Əkizlər”) filmində kəşf edin.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!