Site icon Frame.az

“Gil varlığın əsasıdır” adlı görüş keçiriləcəkdir

Aprelin 10-u YARAT Müasir İncəsənət Mərkəzində rəssam Mir Teymur Məmmədovla “Gil varlığın əsasıdır” adlı görüş keçiriləcəkdir.

Mir Teymur Məmmədov 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. 1968-1978-ci illərdə V. Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbini və Leninqrad Dövlət İnstitutunun “Teatr, musiqi, kinorəssamı” fakültəsini bitirib.

1970-ci illərdən “Kirpi” satirik jurnalında və dövri mətbuatda karikaturaçı rəssam kimi fəaliyyət göstərib. 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1998-ci ildən Gürcüstan Rəssamlar İttifaqının fəxri üzvüdür, həmçinin həmin ildə o, Azərbaycandan “Dünyanın keramikaçıları” beynəlxalq kataloqa daxil edilib. Respublikada və xaricdə keçirilən beynəlxalq sərgilərin iştirakçısı və mükafatçısıdır.

2004-cü ildə “Humay” milli mükafatına layiq görülüb. 2006-cı ildə “Sülhün elçisi” adına və Azərbaycan İncəsənətini xaricdə təbliğinə görə “Simurq” diplomu ilə təltif olunub. 2007-ci ildən Azərbaycan “Karikaturaçı Rəssamlar Birliyi”nin üzvüdür. 1500-ə yaxın elmi və publisistik məqalələrin müəllifidir.

Giriş sərbəstdir.

Frame.az

Exit mobile version