EventsTəqdimat

Glampire butiklərinin 3 yaşı qeyd edilib

Italdizain Group şirkətinə məxsus olan Glampire Jewellery və Glampire Time Pieces butiklərinin təsis olunmasının 3 ili tamam olub.

Bu münasibətlə təşkil olunan tədbirdə qonaqlar canlı musiqinin müşaiyəti altında zinət əşyaları və yeni saat modelləri ilə tanış oldular. Glampire Jewellery butiki bütün dünyada milyonlarla pərəstişkarı olan və artıq həyat tərzinə çevrilən De Grisogono, Stephen Webster, Roberto Coin kimi brendlərin Azərbaycandakı rəsmi nümayəndəsidir. Hər biri sənət əsəri olan bu zinət əşyalarının ən son kolleksiyaları Glampire butikində təqdim olunur.

Glampire Time Pieces butiki isə 3 əsrlik tarixi olan, ənənəvi dəyərlərə önəm verən Breguet, Blancpain, Jaquet Droz, Glashutte və Harry Winston kimi brendlərin saatları ilə müştərilərinin zövqünü oxşayır. Tədbirin fəxri qonaqları sırasında De Grisogono brendinin satış direktoru Guillaume Béteille və Roberto Coin brendinin regional satış direktoru Antonio Bedoni cənabları da var idi. Gecənin sonunda xoş surpriz ilə qarşılaşan müştərilərdən birinə Roberto Coin brendindən möhtəşəm zinət əşyası hədiyyə olundu.

Glampire Butikləri tədbirin təşkilatı dəstəyinə görə Bentley Baku, Royal Fur Galery, Brow Bar Baku salonlarına və Lider Teleradio şirkətinə dərin təşəkkürünü bildirir.

Butiklər haqqında ətraflı məlumat: https://goo.gl/pEJtYu  

Frame.az

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!