Site icon Frame.az

“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” tədbirinə qeydiyyat davam edir

 

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə 15-16 may tarixlərində Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransında rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq. 

Tədbir rəqəmsal transformasiyanın gücü,  süni intellektin müxtəlif sahələrə təsiri, həmçinin yaşıl texnologiyalar kimi mühüm mövzuların müzakirəsi üçün əla platforma rolunu oynayacaq. Konfransa qatılan beynəlxalq və regional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyici qurumların nümayəndələri bu proseslərin sürətləndirilməsi üçün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyətini bir daha vurğulayacaqlar. 

“M360 Eurasia 2024” çərçivəsində süni intellektin rəqəmsal dünyanın bütün sahələrində geniş tətbiqi, onun innovasiya üçün açdığı yeni perspektivlər barədə danışılacaq. Eyni zamanda, bu texnologiyanın məlumat məxfiliyi və təhlükəsizliyin təmin edilməsi  kimi istiqamətlərdə yaratdığı çağırışlar da müzakirə olunacaq.  Bu keçidin həm  biznes, həm də cəmiyyət üçün ən faydalı şəkildə reallaşdırılması yolları ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbirdə Rəqəmsal DNT (Digital DNA) mövzusu çərçivəsində yeni dövrdə uğur əldə etmək üçün lazımlı bacarıq və qabiliyyətlər, rəqəmsal savadlılığın artırılması üçün sektorlar arası əməkdaşlığın vacibliyi gündəmə gətiriləcək.  

Exit mobile version