EventsFashionFestivallarMədəniyyətTəqdimat

Gülnarə Xəlilova Qırğızıstanda “Eko Etno Kurak” festivalında

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilova Qırğızıstanda keçirilən Birinci Beynəlxalq “Eko-etno Kurak” festivalında iştirak edib.

Layihə “Kurak” Qadın Forumunun 10 illik yubileyi çərçivəsində mədəniyyət dialoqunun yaradılması, rəssamlar və sənətkarlar arasında təcrübə mübadiləsinin aparılması üçün xüsusi art-meydançaya çevrilmiş kurak (qurama) mədəni irsi vasitəsilə reallaşdırılıb.

Üç gün davam edən tədbir Qara Bulakda keçirilib.

G. Xəlilova “Müasir dövrdə quramanın əhəmiyyəti” mövzusunu təqdim edərək, Azərbaycanda bu sənət növünün qədim tarixindən, yaradıcılıq fəaliyyətində istifadə olunmasından söz açıb:

“Qurama sənəti bir neçə əsrdir. Azərbaycanda ailə bayramlarına müxtəlif parçalar bağışlamaq adəti olub. Tikişdən sonra, müxtəlif parça hissələri atılmır və saxlanılırdı. Onlardan xalça, yorğan və hətta paltar hazırlayırdılar, otaqları dekorasiya edirdilər – hər şey rəng və parça, sənətkarın təsəvvürünü birləşdirmək qabiliyyətindən asılı idi. Ozüdə keçmişdə gəlinlər mütləq bir qurama tikməli idi ki, öz səbr və səliqəliyini göstərsin. Rəng qammasına görə isə onun daxili aləminin nə qədər zəngin olduğunu öyrənirdilər. Bu gün qurama daha populyarlaşır, qədim Azərbaycan incəsənəti nümunələri dünya muzeylərində Metropoliten və Ermitajda nümayış olunur”

“Qala” Qoruğunun qurama üzrə ustası Afaq Bayramova da master-klassla çıxış etmişdir. İssıkKul mövzusunda yaratdığı iki qurama işi təkilatçılara hədiyyə olundu.. Layihədə Qırğızıstan, Qazaxıstan, Rusiya, Özbəkistan, Almaniya, Gürcüstan, Monqolustan, İran, BƏƏ və Fransa nümayəndələri də iştirak ediblər. Sonda hamı birlikdə quramaın vahid kompozisiyasını yaradıblar.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!