Site icon Frame.az

Günəşin zərərli şüalarından özümüzü necə qorumalı?

Yay fəslində dəri xəstəlikləri aktivləşir. Havanın istiləşməsi dəri xəstəliklərinin artmasına səbəb olur.

Günəşdə qaralmanın orqanizmə xeyri olsa da, günəş şüalarının ifrat dərəcədə qəbulu olduqca ziyandır. Bu səbəbdən də günəşdə qaralmağı sevənlər özlərini qorumalıdır.

Kölgədə olmaq, günəşin zərərli təsirlərindən qorunmaq demək deyil, qum və dəniz günəş şüalarını əks etdirdiyi üçün günəş şüalarından qorunmaq üçün ağ rəngli geyimlərə üstünlük verilməlidir. Günəşin zərərli şüalarından qorunmaq üçün açıq rəngli geyimlər geymək, geniş kənarları olan papaqlar və gün eynəklərindən istifadə etmək lazımdır.

Saat 9.00-11.00 arası dəniz kənarına getmək üçün ən yaxşı vaxt hesab olunur. Günəş şüaları altında çox qalma nəticəsində dəridə ağrılı, qırmızı dəri yanığı əmələ gəlir. Bu cür yanıqlar gələcəkdə dəri xərçənginin yaranmasına səbəb ola bilər.

Günəşdən qoruyucu kremlər seçərkən də diqqətli olmaq lazımdır: Günəşdən qoruyucu kremlər ultrabənövşəyi şüaları soraraq paylama yolu ilə dəriyə yönləndirir. Günəşdən qoruyucu kremlərin fəaliyyətini qoruma faktoru müəyyən edir. Qoruma faktoru krem istifadə edilmiş bölgədə əmələ gələn qızartı və krem istifadə edilməmiş bölgədə əmələ gəlmiş qızartı nisbəti ilə müqayisə edilir. Yay aylarında qoruma kremlərindən mütləq istifadə etmək lazımdır.

Exit mobile version