Site icon Frame.az

Gündə yalnız iki banan yeməklə 7 problemə son

Bugündən etibarən həftə ərzində balaca bir eksperiment aparın: hər gün iki banan yeyin. Məsələn, bu meyvəni səhər və günorta yeməkləri arasında yemək olar. Nə üçün yeməliyəm deyə düşünürsünüzsə, o zaman bilin ki belə etməklə aşağıdakı 7 problemdən uzaq ola bilərsiniz.

Banan Depressiyaya qarşı- Bananlar həqiqətən də depressiya, ruh düşkünlüyü ilə mübarizə aparmağa kömək edirlər. Bundan əlavə qış mövsümündə gün işığının azlığı nəticəsində insanlarda yaranan aşağı əhval-ruhiyyə də bananlar vasitəsilə tədricən yox olur. Bu meyvələrin tərkibində triptofan adlı çox vacib amin turşusu vardır ki bu da öz növbəsində həzz hormonu – serotoninin ifrazına kömək edin.

Qan təzyiqi- Bu meyvələrdə çoxlu miqdarda kaliumun olması təzyiq problemlərinə qarşı mübarizə aparmaqla yanaşı infarkt və insultun baş verməsi risklərini effektiv olaraq azaldırlar.

Qan azlığı- Bananlarda da almalarda olduğu kimi bol dəmir elementi var. Əgər anemiyadan əziyyət çəkirsinizsə bananlar sizin üçün əvəzedilməz vasitədir. Onlar orqanizmdə hemoqlobinin və eritrositlərin yaranmasına səbəb olaraq qanı möhkəmlədirlər.

Pis əhval-ruhiyyə- Yeni bir gündə hiss etsəniz ki əhvalınız korlanıb və sizi heç nə sevindirmir, sadəcə bir banan yeyin. Bu meyvə qanınızdakı şəkərin səviyyəsini normal hala salar, tərkibindəki B vitamini isə əsəblərini sakitləşdirər. Nəticəsə sizdə olan gərginlik aradan qalxar və siz özünü daha rahat hiss edərsiniz.

Mədə xorası- Bu xəstəlikdən əziyyət çəkən insanlar yeməklərlə bağlı problemləri hər kəsdən daha yaxşı bilirlər. Çox yemək qəti qadağandır. Lakin bananlar bu siyahıda xoş bir istisnadır. Bu meyvə mədə divarlarını xüsusi qatla örtərək onu turşunun zərərli təsirlərindən qorumaq xüsusiyyətinə malikdir.

Mədə qıcqırması- Əgər mədənizdə baş verən qıcqırma sizi əldən salıbsa banan effektiv dərman kimi dərhal sizə kömək edə bilər. Bir meyvə yeməklə mədənizdə dərhal rahatlıq hiss edəcəksiniz.

Enerji- Bananlar sözün əsl mənasında təmiz və tez həll olunan karbohidratardan ibarətdir. İdmandan əvvəl bir cüt banan yeməklə siz zalda məşq üçün kifayət qədər enerji toplamış olacaqsınız. Məşqdən sonra yeyilən bir cüt banan isə xərclənmiş karbohidratları tezliklə bərpa etməyə kömək olacaq.

Maraqli.info

Exit mobile version