Bir iş icraçısı olur. O bütün ömrü boyu ev tikməklə məşğul olur, lakin bir gün qocalıb əldən düşür və təqaüdə çıxmağa qərar verir.
– Mən şirkətdən ayrılıram, – deyə şirkət sahibinə müraciət edir. – Təqaüdə çıxıram. Həyat yoldaşımla nəvələrimizi böyüdəcəyik.
Şirkət sahibinə təcrübəli işçisindən ayırlmaq çox ağır gəlir və o deyir:
– Gəlin belə edək, siz son ev sifarişini də yerinə yetirin və biz sizi təntənəli surətdə təqaüdə yola salaq. Üstəlik də yaxşı mükafat alın.
İş icraçısı razılaşır. Yeni layihəyə görə o balaca bir ailə üçün ev tikməli olur. Beləliklə, o işə başlayır: danışıqlar aparır, tikinti materialları axtarır, yoxlamalar həyata keçirir…
O tələsik bu layihəni qurtarmağa çalışır, çünki artıq özünü təqaüdə çıxmış hesab edir. Nəyi isə tam sona çatdırmır, bir başqa şeyi ixtisar edir, ucuz materiallar alır ki daha tez çatdırılsın. O hiss edir ki, heç də ən gözəl işini görmür, lakin bunu özü-özlüyündə karyerasının son nöqtəsi olması ilə bəhanə edir. Layihə bitir və ev hazır olan zaman o iş sahibini çağırır. O gəlib tikilən evə baxır və deyir: – Bilirsənmi, bu sənin evindir! Buyur, bu da açarlar, götür və evinə köç! Bütün sənədlər artıq hazırdır. Bu sənin indiyədək şirkətdə gördüyün iş müqabilində aldığın mükafatdır.
İş icraçısının nələr hiss etdiyini bir özü bilir. O utandığından pörtmüş halda durur, ətrafdakılar isə əl çalaraq onu təbrik edir və düşünürlər ki o aldığı mükafata görə utanır. Halbuki o, öz gördüyü son işinə qarşı olan etinasızlığından qızarmışdı. O dərk edir ki, gördüyü bütün səhvlər və doğru olmayan hesablamalar indi artıq onun şəxsi probleminə çevrilib, ətrafdakılar isə əksinə, onun bahalı hədiyyədən utandığını güman edirlər. İndi artıq o pis şəkildə tikib tamamladığı yeganə evində yaşamalı olacaq…
İbrətamiz hekayədən əxlaqi nəticə: Biz hamımız bir iş icracısıyıq. Hamımız o iş icraçısının təqaüdə çıxmadan öncə gördüyü iş kimi həyatımızı qururuq. Tikdiyimiz evin necə nəticələnəciyini düşünmədən həyat adlı bu layihə ilə məşğul oluruq. Nə üçün əlavə enerji sərf edək ki!? Sonra isə dərk edirik ki, özümüz tikdiyimiz evdə yaşayırıq. Bugün atdığımız hər bir addımın öz mənası var. Sabah köçəcəyimiz evi biz bugün artıq tikirik. (mənbə)
maraqli.info