31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Azərbaycan Velosiped İdmanı Federasıyası, “Ladıes on Bıkes” xanımların həvəskar velosiped klubu, Azərbaycan Talassemiya Federasiyası (ATF) və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı həmçinin “Velosport” mağazalarının yaxından dəstəyi ilə “Yeni il və Həmrəylik ” veloyürüşü keçiriləcək.
Veloyürüş 30 dekabr tarixində, saat 14:00-da Azadlıq meydanından (Hökumət Evinin qarşısı) start götürərək Ağ şəhər bulvarına qədər hərəkət edəcək və Port Bakunun qarşısında olan Şam ağacının yaxınlığında yürüş sona çatacaq.
Yürüşün yekununda şam ağacının ətrafında Şaxtababa və Qarqız tərəfindən talassemiya və hemofiliyalı pasintlərinə yeni il hədiyyələri təqdim olunacaq. Bütün velosiped həvəskarlarını yürüşə dəvət edir və bayram sevincini birgə yaşamağa çağırırıq.
Təşkilat komitəsi
Frame.az