Hər gün yumurta yesək bədənimizdə nə baş verər?

Yumurta, ən xeyirli ərzaqlardan biridir. O, dəmir, amin turşuları və antioksidantlarla zəngindir. Bədənimiz 11 əsas yağ turşuları ifraz edir ki, bunun da doqquzunu yumurta ifraz edir. Bu 9 yağ turşusunun çatışmazlığı, bədəndə xroniki yorğunluğa, dərinin rənginə, saç tökülməsinə və immun sisteminin zəifləməsinə səbəb olur.

Gündəlik olaraq yumurta yesəniz aşağıdakı faydalarını görəcəksiniz.

İmmun sistemini gücləndirir:

Tərkibindəki dəmir və digər mikroelementlər immun sistemini gücləndirir.

Bədəndə olan həyəcan və stresi azaldır:

Yumurta həyəcan və stressi azaldır, əsəb sistemini sakitləşdirir. Beynimizin daha yaxşı fəaliyyət göstərməsi üçün yumurta yemək olduqca vacibdir. Çünki yumurtanın tərkibində kolin vitamini var. Bu vitaminin çatışmazlığı nevroloji problemlərə, Alzheimer xəstəliyinə səbəb olur.

Dərini gözəlləşdirir:

Yumurtanın tərkibi B2 və B12 vitaminləri ilə zəngindir. Bu da dərimizin rəngini yaxşılaşdırır, saçlarımızın tez uzanmasına səbəb olur.

Artıq çəkilərdən azad olmaqda kömək edir:

Səhərlər yumurta yeyən insanlar, gün ərzində daha az kalori qəbul edirlər ki, bunun nəticəsində artıq çəkilərdən azad olurlar. Həmçinin metobolizmanın yaxşılaşmasına kömək edir.

Görmə qabiliyyətini yaxşılaşdırır:
Tərkibindəki iki antioksidant, lutein və zeaksantin vitaminləri görmə qabiliyyətini yaxşılaşdırır və göz xəstəliklərinin qarşısını alır.

Dişlərin inkişafında və sümüklərin sağlam olmağına kömək edir:
Tərkibindəki zəngin kalsiya və D vitamini sayəsində, dişlərin və sümüklərin sağlam inkişafına səbəb olur.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: