“Həyatın ilmələri” sənədli filminin təqdimatı keçirilib

Martın 9-da Nizami Kino Mərkəzində Azərbaycan xalça sənətinin inkişafında, bu dəyərli irsin gələcək nəsillərə ötürülməsində müstəsna rolu olan Əməkdar mədəniyyət işçisi Zəhra Əliyevaya həsr olunmuş “Həyatın ilmələri” sənədli filminin təqdimatı keçirilib.

Frame.az xəbər verir ki, qəhrəmanın həyat hekayəsi əsasında çəkilən filmdə qocaman sənətkar Zəhra Əliyevanın əvəzsiz təcrübəsi, yaradıcılıqla zəngin həyat yolu öz əksini tapıb. Burada həmçinin arxiv materiallarına istinadən Lətif Kərimov, Cəfər Muciri və Kamil Əliyev kimi görkəmli xalçaçı-rəssamlar haqqında maraqlı xatirələr də yer alıb.
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm studiyası” MMC-də istehsal olunan filmin ssenari müəllifi Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, rejissoru Mübariz Nağıyevdir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: