May ayının bu isti, günəşli günlərində Bakıda “yağışlar” ara vermir,güclü hədiyyə “yağışı” artıq bir aydır ki, dayanmadan davam edir.Bilirsinizmi ki, bu ayın sonuna kimi cəmi bir neçə saniyə ərzində siz də sadəcə alış-veriş etməklə çox dəyərli hədiyyələr qazana bilərsiniz?!
Bu necə ola bilər?
Eşitdikləriniz yalnız və yalnız möhtəşəm hədiyyələri və fürsətləri ilə alış-veriş sevərləri hər zaman sevindirən Bakı Şopinq Festivalında mümkündür! Bu il artıq 3-cüsü keçirilən Bakı Şopinq Festivalı miqyasına, əhatə etdiyi mağazaların sayına və ilk dəfə olaraq lotereyanın Onlayn formada keçirilməsinə görə xüsusi diqqət cəlb edir. May ayının 1-dən başlayan böyük festival ötən günlər ərzində 2500-dən çox alış-veriş sevəri dəyərli hədiyyələrlə sevindirib!
Qarşıdakı günlərdə hələ minlərlə hədiyyə öz qalibini gözləyir!
Minlərlə hədiyyələr qazanmaq, qalib olmaq və sürprizləri görmək üçün birinci şərt Onlayn Lotereyada iştirak etməkdir. Buna görə də, qazanmaq üçün ən azından cəhd etmək lazımdır!
Elə indi cəhd edin!Lotereyada iştirak etmək üçünBakı Şopinq Festivalının saytında qeydiyyatdan keçməlisiniz =>Qeydiyyat
Qeydiyyat çox asandır, iştirak etmək isə ondan da asandır! Özünüz aşağıdakı imkanları oxuduqca bu fürsətlərdən yararlanmaq – iştirak etmək istəyəcəksiniz.
Belə inanılmaz fürsətlər isə sizlər üçündür:
İlk dəfə olaraq onlayn şəkildə keçirilən lotereyada 10.000-dən çox hədiyyə qazanmaq şansı;
Bir alış-verişlə həm Onlayn lotereyada oynayırsınız, hədiyyə qazanırsınız, həm də May ayının 31-də keçiriləcək Tirajlı lotereyada iştirak edirsiniz;
Müxtəlif mağazalarda Şopinq Festival ərəfəsində böyük endirimlər. Məsələn, Festivalın sponsorlarından biri olan İdeal mağazalar şəbəkəsində 1-31 may tarixlərində hər 100 azn-dən artıq alış-verişdə ƏDV-nin bir qismini geri ala biləcəksiniz. Festival müddətində sizi 1+1 aksiyası və 70%-dək endirim fürsətləri gözləyir.
Festivalda iştirak edən bir çox mağazalarda alış-veriş zamanı ƏDV-ni geri almaq imkanı;
Festivalda iştirak edən mağaza, supermarket və restoranların siyahısı ilə buradan tanış ola bilərsiniz:
Festivalın böyük sürprizi isə ən sonda keçiriləcək Tirajlı Lotereyada təqdim edilən Nissan Sunny avtomobilidir.
Hədiyyələrin dəyərliliyi və çoxluğu isə sponsorların dəstəyindən irəli gəlir. BakıŞopinqFestivalınbaş sponsoru Nurgün Motors, sponsorları isə Baku Electronics, Bravo Supermarket, Park Bulvar,İdeal və Cinemaplus-dur.
Ən böyük hədiyyəni Nurgün Motors təqdim edir. Nurgün şirkətlər qrupu artıq 24 ilə yaxındır ki, ölkəmizdə fəaliyyət göstərir. Bu müddət ərzində çoxsaylı uğurlar qazanan şirkət, “İlin Dileri” (2006), “İlin Milli Brendi” (2007) və “İlin Servisi” (2008) mükafatlarına, həmçinin 2007-ci ildə “Caspian Energy Integration Award – 2007” tərəfindən “İlin Servisi” mükafatına layiq görülüb. Lotereyada uduş kimi təqdim olunan Nissan Sunny avtomobili də Nurgün Motors tərəfindn təklif olunur. Şirkətin təklifləri bununla bitmir, onlar həmçinin,
Festival müddətində
1)Müraciət edən müştərilərə avtomobil alışında 1% endirim;
2) 4 500 AZN ilkin ödənişlə Nissan Sunny avtomobili əldə etmək imkanı verilir.
Dəyərli hədiyyə yalnız avtomobillə bitmir.
Böyük Festivalın böyük də hədiyyə qutusu olar. Bakı Şopinq Festivalın “hədiyyə qutusu”-nda isə,
Baku Elektroniksdən 5 ədəd LG smartfonu, 5 ədəd paltaryuyan, 5 ədəd LG markalı soyuducu, Tefal markalı 10 ədəd şirə çəkən və 10 ədəd ət çəkən
Bravo Marketlər şəbəkəsindən70 ədəd elektrikli soba, 30 ədəd tozsoran və digər dəyərli hədiyyələr var.
Dəyərli hədiyyələr qazanma şansınız çoxalsa da, festivalın müddəti getdikcə qısalır. Artıq mayın sonuna çox az qalıb. Odur ki, tələsin, qeydiyyatdan elə bu gün, indicə keçin və alış-verişinizi edərək onlayn lotereyaya qoşulun!
Qoşulun ki, Tirajlı lotereyada Sponsorlarımızın təqdim etdiyi hədiyyələrdən biri də sizin olsun!
Frame.az