Site icon Frame.az

Haas komandası 2018-ci il bolidi VF-18-i təqdim edib

F-1.az xəbər verir ki, amerikalılar köpək balığının qanadını xatırladan mühərrik qapağını ləğv ediblər. Bu mövsümdən icbari olan Halo isə bolidə inteqrasiya edilib. Komanda doğru sazlanmaları tapmaq üçün ağırlığı azaldıb və bunun hesabına bolid daha balanslı olacaq. Haas komandası yeni boliddə boz, qırmızı və qara rəngləri qoruyub. Cin Haas: “Əvvəlki bolidin zəif yerlərini aradan qaldırdıq. Beləliklə, bolidi daha stabil etməyə fokuslandıq”. Günter Ştayner: “Bolid üzərindəki ən böyük inqilab Halodur. Aerodinamika şöbəsi bu mövzunun üzərində işlədi. Amma əsl yük konstruktorlarımızın boynuna düşdü. Bolidin çəkisi Haloya görə artdı, həm də ağırlıq mərkəzi daha yuxarıdadır. Amma bu hal hamı üçün eynidir. Reqlament keçən ilə nisbətən az dəyişdiyi üçün VF-18 keçənilki VF17-nin inqilabı sayılacaq. Yeni şey icad etməkdənsə, əvvəlki bolidi təkmilləşdirdik. Boliddə keçən ilin detallarını görmək mümkündür. Keçən il bolidimiz güclü olsa da, həmişə maksimumu çıxara bilmədik. Bu il hər şeyi yaxşılaşdırmaq istəyirik”.

Frame.az

Exit mobile version