Site icon Frame.az

Hermes-dən aksesuar sevərlərə şad xəbər

Bu payız Hermes özünün yeni qadın ətri olan Twilly d’Hermes-i təqdim edib.

Ətir məşhur nazik enli, rəngbərəng printli şərf olan Tvilli-yə həsr edilib.

Hermes dəb evinin kreativ parfümeri Kristin Najel bu ətiri gənc, cəsarətli və dəlisov qızlardan ilham alaraq təsis etdiyini vurğulayıb.

O qızların necə sərbəst şəkildə şərflərdən, bandanalardan və yaylıqlardan istifadə etdiyi görərək zəncəfil, tuberoza və səndəl ağacının qarışığından ibarət Twilly d’Hermes kompazisiyasını yaradıb.

Ətirin qablaşdırılmasında Floran Manlik kub formalı flakondan, qara şlyapa formalı qapaqdan və Hermes evinin ən aktual aksesuarlarından biri olanTvilli şərflərinin kiçik hissəciklərindən istifadə edib.

Frame.az

http://https://youtu.be/p5neQ1S_zmY

 

Exit mobile version