Heydər Əliyev Beynəlxalq Aeroportu “FlyArystan” aviaşirkətinin ilk reysini qəbul edib

Qazaxıstanın “FlyArystan” aşağı büdcəli  aviaşirkəti cümə günü – aprelin 1-də Aktau şəhərindən Heydər Əliyev Beynəlxalq Aeroportuna ilk reysini həyata keçirib.

Qazaxıstanın ilk aşağı büdcəli aviaşirkəti olan “FlyArystan” – “Air Astana” aviaşirkətinin struktur bölməsidir.

Bu həftədən etibarən aviaşirkət Aktau-Bakı-Aktau marşrutu üzrə həftədə iki dəfə – cümə və bazar günləri uçuşlar həyata keçirəcək.

“FlyArystan” aviaşirkətinin ilk reysinin Heydər Əliyev Beynəlxalq Aeroportunda necə qarşılandığı haqqında qeyd edilən videoçarxda baxa bilərsiniz: https://youtu.be/WQqqpB3Q6FE

Xatırladaq ki, aprel ayında Azərbaycanın aşağı büdcəli aviadaşıyıcısı olan “Buta Airways” aviaşirkəti də Qazaxıstana uçuşlar həyata keçirməyə başlayacaq. Belə ki, 5 aprel tarixindən etibarən aviaşirkətin Bakı-Aktau – Bakı marşrutu üzrə reysləri həftədə üç dəfə – çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.

Səyahət etməzdən əvvəl bütün sərnişinlərə COVID-19 pandemiyası zamanı qüvvədə olan hər iki ölkəyə giriş qaydaları haqqında son məlumatlarla tanış olmaları tövsiyə olunur.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: