EventsMusiqiTəqdimat

Heydər Əliyev Sarayında “jAzzeri Bands” caz musiqisi axşamı keçiriləcək

Fevralın 16-da Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konsert proqramı keçiriləcək.

“jAzzeri Bands” caz musiqisi axşamında Əməkdar İncəsənət Xadimləri Cavan Zeynallı və Cəmil Əmirov, Respublikanın Xalq artisti Ənvər Sadıqov, Əməkdar artistlər Akif Süleymanbəyli, Emil Əfrasiyab, ifaçılar Təranə Mahmudova, Teymur Süleymanbəyli (saksafon), Rast və Qaya qrupları iştirak edəcəklər.

Caz ifaçıları konsertdə yerli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini səsləndirəcəklər.

Saat 19:00-da başlayacaq konsertin biletlərini İticket.az dan onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiz.

Əlaqə telefonları (012) 441-21-31, 598-17-72/73/74 Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!