Frame LifeSağlamlıqTəqdimat

Hindistan səfirliyində müntəzəm yoqa dərslərinin rəsmi açılış mərasimi keçirilib

Hindistanın Bakıdakı səfirliyində müntəzəm yoqa dərslərinin rəsmi açılış mərasimi keçirilib. Tədbir yoqa ilə məşğul olanları və yoqa həvəskarlarını, sağlam həyat tərzinin tərəfdarlarını və Hindistan mədəniyyətini sevənləri bir araya gətirib.

Səfirlikdən bildirilib ki, ilk sessiya yoqa təcrübəsindən asılı olmayaraq istənilən şəxsə yoqanı öyrətməkdə geniş biliyə və təcrübəyə malik olan tanınmış yoqa müəllimi cənab Kənan Məmmədov tərəfindən aparılıb.

Tədbirin açılışında Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar qeyd edib ki, səfirlik əvvəllər 21 İyun – Beynəlxalq Yoqa Günü ilə əlaqədar yalnız iyun ayı ərzində əsas yoqa sessiyalarını keçirirdisə, bundan sonra yoqa dərsləri hər çərşənbə axşamı və cümə günləri səfirlikdə müntəzəm olaraq keçiriləcək. Sağlam həyat tərzi və rifahın yaxşılaşdırılması üçün yoqanın əhəmiyyətini xatırladan müvəqqəti işlər vəkili iştirakçılardan qarşıdan gələn ödənişsiz yoqa dərslərində də iştirak etməyi xahiş edib. O, həmçinin Kənan Məmmədova öz təşəkkürünü bildirib və yoqa seansının faydalı və məhsuldar keçməsini arzulayıb.

Qeyd edək ki, Hindistan səfirliyində hər çərşənbə axşamı saat 18:00-dan 19:00-dək və hər cümə günü səhər saat 09:00-dan 10:00-a kimi ödənişsiz müntəzəm yoqa dərsləri keçiriləcək.

Yoqa dərslərinə qoşulmaq istəyən hər kəs inf.baku@mea.gov.in elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilər. Yerlərin sayı məhdud olduğuna görə iştirakçılar “ilk gələnə ilk xidmət” prinsipi ilə qəbul olunacaqlar.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!