Hollandiyanı kəşf edin

Əyər hələ də Hollandiyaya getməmisinizsə bunun üçün məyuslanmıyın. Şəhərin düz mərkəzində Hollandiyanı Holland Fries-də kəşf edin.

M. Rəsulzadə küçəsi 6A ünvanında yerləşən bu məkana daxil olan kimi özünü bu gözəl zambaqlar ölkəsində hiss edirsən. Həm məkanın interyeri, həm də burda təqdim olunan təamlar bizi bu ölkəyə daha da yaxın edir.

Qeyd edim ki, məkan çox geniş və səliqəli olsa da təqdim olunan menyuda nə az nə çox cəmi 8 növ təam çeşidi vardır.

Bunlara xüsusi sousda dadlı kartof dilimləri, French Hotdog, Cheese roll, Chicken pane, Stroopwafel, ice cream, ice slush və soft drink daxildir. Biz hava isti olduğu üçün dondurma və ice slush sifariş etdik. Həqiqətən də çox dadlı və fərqli ləzzət.

Restoranda dondurulmuş məhsullardan istifadə olunmur.

Dostlarla söhbətləşmək, ailəvi gözəl vaxt keçirmək üçün əla məkandır.

Qiymətlər də münasib və cibə uyğundur. Holland fries 3Azn, hotdog 3Azn, cheese roll 3Azn, chiken pane 4Azn, stroopwafel 1.5 Azn, dondurma kiçik ölçüdə 1Azn, ice slush 2Azn, soft drink 1.5 Azn.

Buyurun..Zövqünüzə, ağız dadınıza və cibinizə uyğun olan təamı seçin və Bakının mərkəzində Hollandiyanı kəşf edin.

31.08.2016-cı il tarixinə qədər restoranı ziyarət edən hər müştəriyə lotoreya kuponu təqdim ediləcəkdir.

Mükafat isə 3günlük Amsterdam səyahətidir. Kim bilir bəlkə də o şanslı SİZ-siniz…

@aquaviridis

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: