Arxitektura-DizaynEventsTəqdimat

HoReCa Workshop Milan-ın məşhur məruzəçisi Bakıda

Sentyabrın 8-də D!ONE şou-room-da “HoReCa- Hotel Restoran Cafe-də yeni tendensiyalar, İtaliyada yeni innovasiyalar – Project Design&Marketing üzrə İtalyan masterlərinin təcrübəsi” mövzüsünda master-klass keçiriləcəkdir.

Tədbir zamanı qonaqlar maraqlı və faydalı məsləhətlər almaq şansı qazanmaqla yanaşı, dizaynerlərin işləri ilə də tanış ola biləcəklər.

Məruzəçi qismində dizayner, layihə meneceri, təsisçi, HoReCa Workshop Milan kurslarının mühazirəçisi və “Hər şey İtaliya layinələri haqqında” blogun təsisçisi Anna Kolomieç çıxış edəcəkdir.

Tədbirin sonunda qonaqlar məruzəçiyə suallarını təqdim edə bilərlər. Tədbir iştirakçılarını HoReCa Workshop Milan kurslarından xüsusi bonuslar gözləyir.

Uğurunuza gedən yolda bu profesional şansı dəyərləndirin!

Təqdimat D!ONE şou-room və Milano Businesse School tərəfindən təqdim olunacaqdır.

Əlaqə nömrəsi: +994502426030 Jalə Nəcəfova

Ülviyyə Ədalətqızı

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!