TurizmTəqdimatƏn SonƏn Son

Hotellərdə monitorinq prosesi ilə bağlı növbəti media tur təşkil olunub

Sentyabrın 16-da Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Səhiyyə Nazirliyi tərəfindən hotellərdə növbəti monitorinq keçirilib.

Bakı şəhərində keçirilən monitorinq çərçivəsində təşkil olunmuş media tur zamanı məlumat verilib ki, pandemiya dövründə fəaliyyət göstərən hotellərdə monitorinqlərin keçirilməsinin məqsədi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli 287 nömrəli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasən bu qaydaların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsinin təmin edilməsidir.

Media turda Dövlət Turizm Agentliyinin tabeliyində olan Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov və Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisi Zaur Kərimov jurnalistlərin suallarını cavablandırıblar.

Avqustun 24-dən etibarən ölkə üzrə keçirilən monitorinqlərdə bu günədək Bakıda və regionlarda yerləşən 229 hotel monitorinqə cəlb olunub.

Monitorinq çərçivəsində işçi heyətin və qonaqların təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi səviyyəsi yoxlanılır və tələblərə cavab verən mehmanxanalar Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən “SAHMAN” – sanitariya və gigiyena nişanı ilə təmin edilir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!