EventsFestivallarMədəniyyətTəqdimat

I Bakı Beynəlxalq Piano Festivalı Şahin Növrəslinin atmosfer ifası ilə yekunlaşdı

Maestronun ifasında John Coltrane-dən Vaqif Mustafazadəyə qədər musiqinin inanılmaz birləşməsi bu gecəni unudulmaz etdi.

Şahin Növrəslinin musiqisi Qərb və Şərq ənənələrini mükəmməl birləşdirir, onun caz, Avropa klassik musiqisi, bluz və xalq musiqisi improvizasiyaları sehrli polifoniya və alovlandırıcı ritmlə seçilir.

Pianoçu kimi uğurlu karyerası illərində Şahin Növrəsli özünə məxsus fərdi üslub yaradıb. Onun əsas xüsusiyyətləri virtuozluq, dəyişən dinamika ilə usta keçidlər, temperament, ifadəlilik, üzvilik və kompozisiya vəhdətidir.

Konsertdə Şahin həm yeni albomunun mahnısını, eləcə də onu bəstəkar kimi ruhlandıran musiqiləri ifa edib.

Maestronun səhnədəki musiqi improvizasiyaları zamanı tamaşaçılar bütün düşüncələrindən ayrılaraq müsbət emosiyalarla yüklənirdilər.

Bu sehrli gecənin və festivalın yekun akkordu tamaşaçılar tərəfindən uzun sürən alqışlarla qarşılandı.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!