EventsQalereyaŞəkillərTəqdimat

“I love absurd”

Port Baku Mall-da keçirilən “Art-Payiz” art-festival çərçivəsində gənc və istedadlı rəssam Afət Bağırovanın retrospektiv sərgisi açılıb!

Hüquqşünas təhsilli Afət Bağırova incəsənətlə 2006-cı ildə məşğul olmağa başlayıb. Rəssamın əsərlərinin əksəriyyəti yağlı boya və ya pastel ilə işlənib. Afət həmçinin müasir instalyasiya ilə eksperimentlər aparır və bacarığını foto və video janrlarında sınayır. Sərgidə təqdim olunan əsərlərdən bəziləri onun 2012-ci ildə keçirilən “I love absurd” fərdi sərgisinin bir hissəsidir. Qalan hissəsini isə rəssamın daha erkən yaratdığı müsəlman gənclərin müasir cəmiyyətə inteqrasiyası mövzusunda olan əsərləri təşkil edir.

Afət Bağırovanın retrospektiv sərgisi oktyabrın 2-dək davam edəcək!

Giriş sərbəstdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!