SərgiTəqdimat

İçərişəhərdə açılacaq növbəti sərgi qadın mövzusuna həsr olunacaq

Aprelin 18-də İçərişəhərdə yerləşən “Art Tover” qalereyasında “Qadın sirləri” adlı rəsm sərgisi açılacaq.

Frame.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan”ın dəstəyi ilə reallaşacaq sərgi bütün dövrlər üçün aktual olan qadın mövzusuna həsr olunacaq.

Sərgidə yaşlı nəslin nümayəndəsi olan rəssamların əsərləri təqdim ediləcək. Əl işləri arasında xüsusi bir ekspozisiya mövcuddur ki, o, Azərbaycanın məşhur rəssam və rejissorunun şəxsi kolleksiyasına məxsus rəsmləri əhatə edir. Söhbət uşaqlığımızın xatirəsi olan cizgi filmlərimizi ərsəyə gətirmiş şəxslərdən biri – Nazim Məmmədovdan gedir. Onun sərgidə yer alacaq əsərləri ilk dəfə olaraq geniş ictimaiyyətə təqdim ediləcək. Həmçinin ziyarətçilər posterdə əks olunmuş müəllifi Eldar Babayev, eyni zamanda, Rafael Əliyev və başqaları olan əsərlərə baxa biləcək.

Aprelin 27-dək davam edəcək sərgidə 15-ə qədər boyakarlıq nümunəsi təqdim olunacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!