FinansIqtisadiyyatTurizmTəqdimat

İcbari avtomobil sığortasını onlayn olaraq rahat şəkildə necə almaq olar?

İndi “PASHA Insurance” mobil tətbiqi sizə bu imkanı təqdim edir!

Mobil əlavənin yeni funksionallığına, icbari avtomobil sığortasını onlayn olaraq rahat şəkildə almaq mümkündür. İstifadəçi yönümlü dizaynı ilə fərqlənən “PASHA Insurance” mobil əlavəsini App Store (https://apple.co/3MXbb8J) və ya Google Play (https://bit.ly/3MP99Hx) platformalarından ödənişsiz olaraq yüklədikdən sonra qeydiyyatdan keçib mobil əlavəyə daxil olursunuz. Daha sonra isə applikasiyanın içərisində mövcud olan “İcbari sığorta əldə et” düyməsinə keçid edirsiniz və “ASAN Login” vasitəsilə avtomobiliniz üçün icbari sığortanızı əldə edirsiniz. Sizə SMS vasitəsilə göndərilən ödəniş kodu ilə 48 saat ərzində ödənişinizi həyata keçirdikdən sonra icbari sığortanız aktivləşəcək.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!