EventsGözəllikMake-upParfümeriyaTəqdimat

İDEAL mağazalar şəbəkəsinin ikinci ən böyük filialı Neftçilərdə

Parfum və kosmetika dedikdə ilk ağıla gələn “İDEAL parfumeriya və kosmetika” mağazalar şəbəkəsi 1999-cu ildə təsis olunub. Daim innovativ ideya və xidmətlərlə müştərilərin rəğbətini qazanan İDEAL şirkəti durmadan tanınan milli brendin yaranması uğrunda çalışır. Mağazalar şəbəkəsində alıcılar üçün dünyanın seçilmiş markalarının parfum və kosmetika, qulluq vasitələri və aksesuarları təqdim olunub.

Alıcılarının gözəlliyinin və xoş əhval-ruhiyyəsinin qayğısına qalmaqla kifayətlənməyən, eyni zamanda onların rahatlığını düşünən İDEAL mağazalar şəbəkəsi böyüməkdə davam edir. 2018-ci ilə böyük uğurlarla başlayan şirkət  beş mart tarixində Nefmall ticarət mərkəzində Azərbaycanın və bütün Qafqazın ikinci ən böyük, MDB və Avropa ölkələri arasında isə sahəsinə görə ilk beşliyə daxil olan yeni mağazasını alıcıların istifadəsinə verdi.
Yeni filialın açılışında Azərbaycanın bir çox tanınmış simaları və jurnalistləri də iştirak etdilər. Yeni filialın məsləhətçiləri bütün alıcıları xarici parfüm və kosmetika brendlərinin yeni məhsulları ilə yaxından tanış etmiş və xidmət göstərmişlər. Bundan əlavə açılış zamanı alıcılar müxtəlif sürpriz və hədiyyələr ilə sevindirildi.

Nəzərinizə çatdırmaq istərdik ki, bütün İDEAL mağazalar şəbəkəsində və eyni zamanda yeni filialda da xüsusi “Made İn Azerbaijan” guşəsi yaradılmışdır. Həmin guşə Azərbaycanın ilk təbii komponentlərdən qulluq vasitələri hazırlayan və 19 ildir fəaliyyət göstərən “Gazelli Group” şirkətinin istehsal etdiyi geniş çeşidə malik olan bir neçə brendin məhsulları ilə təmin edilib. “Gazelli Group” Azərbaycanda və həmçinin dünya ölkələri arasında nadir sayda şirkətlərə təqdim edilən GMP sertifikatının sahibidir.

Yüksək keyfiyyətə malik olan “Gazelli Group” şirkətinin məhsullarını bütün İDEAL mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

İDEAL şirkətinin məqsədi alıcılarına daha yaxın olmaq, onların istənilən yerdən çox vaxt sərf etmədən mağazalarına rahatlıqla gəlməyini, yüksək keyfiyyətli xidmət və məhsullarından yararlanmağını təmin etməkdir.

Ülviyyə Ədalətqızı

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!