IqtisadiyyatMobil dünyaTəhsilTəqdimatƏn SonƏn Son

“İdeya Bankı” portalı yenilənmiş formada istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili prosesinə vətəndaşların cəlb edilməsi, yaradıcı, sosial və ictimai əhəmiyyətli ideyaların toplanılması üçün 2012-ci ildə “İdeya Bankı” yaradılıb.

Layihə vətəndaşların dövlət xidmətlərinin təşkilində iştirakçılığının artırılmasına xidmət edir. “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində vətəndaşlardan daxil olan ideyaların böyük rolu olub. Bugünə kimi “İdeya Bankı” portalı vasitəsilə 100-dən çox müsabiqə təşkil edilib, 5000-dən çox ideya daxil olub. Portal artıq yeni və daha təkmil versiyada istifadəyə verilib. Portal üzərində həm vətəndaşlar, həm dövlət təşkilatları, həm də biznes subyektləri üçün müxtəlif müsabiqələrin təşkili nəzərdə tutulur. Vətəndaşlarımızı dövlət oqranlarının fəaliyyətinin təkmilləşdirilməsində, innovasiyaların tətbiq edilməsi istiqamətində öz ideyalarını verməyə və bu prosesdə yaxından iştirak etməyə çağırırıq. Portalla və aktiv müsabiqələrlə tanış olmaq üçün link: https://ideya.az/

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!