Site icon Frame.az

İdman Dırmanması Üzrə Ölkə Çempionatı keçirilib

“CLIMBAKU” İdman Dırmanması Kompleksində İdman Dırmanması Üzrə Ölkə Çempionatı keçirilib.

İki gün davam edən yarışda mükafatçılar məlum olub. Yarış İdman dırmanmasının çətinlik və sürət növləri üzrə keçirililib. Yarış 19 yaşdan yuxarı idmançılar arasında şəxsi və komandalar üzrə keçirilib. Komandanın tərkibi 3 oğlan və1 qızdan ibarət olub.

Çətinlik yarışları təsnifat, yarım – final və final mərhələləri olaraq keçirilir. Yarım-finala 26, finala 8 nəfər sabit kvota nəzərdə tutulmuşdur. Sürət yarışları kvalifikasiya və final mərhələləri olaraq keçirilir. Final mərhələsi də 1/8 final, ¼ final, yarım-final və final duellərindın ibarətdir.

Final mərhələsinə yarışda iştirak edən idmançı sayından aslı olaraq 16, 8 və ya 4 idmançı keçirilir.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası — Federasiyanın əsası 2005-ci ildə qoyulub. Federasiyanın əsas hədəfi Azərbaycanda hava və ekstremal idman növlərinin inkişaf etdirilməsidir. Federerasiyanın ilk prezidenti Hüseynqulu Bağırov, hal-hazırki prezidenti isə Firdovsi Əliyevdir. Beynəlxalq İdman Dırmanması yarışlarının qaydalarına əsasən, qalib şəxs hesablamada ümumi balların cəminə görə, komanda yarışında isə komanda üzvlərinin ümumi ballarının cəminə əsasən müəyyən olunub.

Çempionatrın qalibləri müəyyən olunub.

Çətinlik növü üzrə oğlanlar:

1-ci yer: Rinat Rəhimxanov (Qafqaz İdman Klubu)

2-ci yer: Çingiz Tağızadə (Gömrükçü İdman Klubu)

3-cü yer: Zöhrab Şahbalayev (Ekosport İdman Klubu)

Çətinlik növü üzrə qızlar:

1-ci yer: Sima Səfərova (FHN İdman Klubu)

2-ci yer: Leyla Əhmədova ( Qafqaz İdman Klubu)

3-cü yer: Könül Hüseynova (Kyanite İdman Klubu)

Sürət növü üzrə oğlanlar:

1-ci yer: Rinat Rəhimxanov (Qafqaz İdman Klubu)

2-ci yer: Çingiz Tağızadə (Gömrükçü İdman Klubu)

3-cü yer: Fərid Şahbazov (Gömrükçü İdman Klubu)

Komanda İdman hesabı üzrə:

1-ci yer: Qafqaz İdman Klubu

2-ci yer: Gömrükçü İdman Klubu

3-cü yer: Qərb Universiteti İdman Klubu.

PƏRVİN BAYRAMOV.

Exit mobile version