Fatimə Hüseynli və Məhəmmədəli Əliyev Gürcüstanda keçirilən Kamandan Oxatma üzrə 29-cu Beynəlxalq Turnirdə ölkəmizi uğurla təmsil edərək 2-ci yerə layiq görülüblər.
Batumidə baş tutan bu turnirdə idmançımız Fatimə Hüseynli qadınlardan ibarət fərdi yarışda, Məhəmmədəli Əliyev isə Fatimə Hüseynli ilə birlikdə qarışıq komanda yarışında böyük əzmkarlıq göstərərək finala yüksəlib və qızıl medal uğrunda mübarizə aparıblar.
Finalda da yüksək bacarıq nümayiş etdirən Fatimə Hüseynli qadınlardan ibarət fərdi yarışda və Məhəmmədəli Əliyev Fatimə Hüseynli ilə birlikdə qarışıq komanda yarışında 2-ci yeri qazanaraq bizə qürur hissi yaşatdılar.