EventsFestivallarMusiqiMədəniyyətTəqdimat

İkinci Azərbaycan Xalq Mahnıları Festivalı başa çatıb

Beynəlxalq Muğam Mərkəzində ikinci Azərbaycan Xalq Mahnıları Festivalına yekun vurulub.

Frame.az xəbər verir ki, festivalın son günü gənc xanəndələrin ifasında xalq mahnıları təqdim olunub. Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblının (bədii rəhbər Xalq artisti Adil Bağırov) müşayiəti ilə muğam televiziya müsabiqəsinin laureatları, Beynəlxalq Muğam Mərkəzinin solistləri – Abgül Mirzəliyev, Elgiz Əliyev, Almaxanım Əhmədli, Günay İmamverdiyeva, Rəvanə Qurbanova, Sərxan Bünyadzadə, Elnur Zeynalov və digər gənc xanəndələrin ifasında “Qaragilə”, “Sarı gəlin”, “Süsən sünbül”, “Bəri bax” kimi dillər əzbəri olan mahnılar səsləndirilib.

“Mədəniyyət” kanalının təşkilatçılığı ilə keçirilən layihənin iştirakçıları Beynəlxalq Muğam Mərkəzi, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Akademik Filarmoniyası, AMEA-nın Folklor İnstitutu, Bakı Musiqi Akademiyası, Mədəniyyət və İncəsənət Universitetidir.

Qeyd edək ki, festivalın keçirilməsində məqsəd “Qızıl fond”da qorunan, eyni zamanda regionlarda illərlə nəsildən-nəslə ötürülən xalq mahnılarının tamaşaçılara təqdim edilməsidir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!