IqtisadiyyatTəhsilTəqdimat

İlahiyyat İnstitutunun bir qrup tələbəsi Heydər məscidini ziyarət edib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup tələbəsiulu öndər Heydər Əliyevin adını daşıyan Heydər məscidini ziyarət edib.

Tələbələr Heydər məscidindətəşkil olunanVəhdət namazında iştirak ediblər.Bu mərasimdə məzhəbindən  asılı olmayaraq, bütün müsəlmanlar bir araya gələrək birlikdə namaz qılır, dualar edirlər.

Heydər məscidində qılınan Vəhdət namazı, artıq ənənə halı alıb. Bu isə dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın geniş yayıldığı müasir dövrümüzdə bütün dünyaya həmrəylik və sülh mesajıdır.Bu mesaj tolerantlıq və multikulturalizm mərkəzi olan Azərbaycanın bütün dünyada nüfuzunun daha da artmasına xidmət edir.

Tələbələrə məlumat verilibki,Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidi Prezident İlham Əliyevin tapşırığı ilə inşa edilib. 2014-cü il dekabrın 26-da istifadəyə verilən ibadətgah 12 min kvadratmetr ərazidə tikilib. Dörd minarəsi olan məsciddə dindarların sərbəst şəkildə ibadət etmələri üçün hər cür şərait yaradılıb.

Ziyarət zamanı Heydər məscidinin imamları tələbələr ilə müxtəlif mövzular ətrafında müzakirələr aparıb, onları maraqlandıran sualları cavablandırıblar.

Aİİ tələbələrin dünya görüşünün formalaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində ardıcıl  tədbirlər təşkil edir. Bu məqsədlə ali təhsil müəssisəsi tələbələri üçün “Avropa və Gürcüstan yəhudilərinin sinaqoquna; Cocuq Mərcanlı kəndində inşa edilmiş Şuşa şəhərindəki Gövhər ağa məscidinin bənzəri olan kənd məscidinə;Qəbələnin Nic kəndində yerləşən Alban kilsəsinə, Şamaxıda təşkil olunan “Qış məktəbi” layihəsi çərçivəsindəDəmirçi kənd məscidinə və Qafqazın ən qədim dini ocaqlarından biri Şamaxı Cümə məscidinə ziyarətlər təşkil edib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!