İlin ən böyük qış idman növü yarışı olan “Red Bull Qaçaqaç” başa çatdı!

100-ə yaxın iştirakçısı ilə Şahdağa səs salan “Red Bull Qaçaqaç” tədbirindən 4 nəfər qalib olaraq ayrıldı!

Qışın dadını sonuna qədər çıxarmaq istəyənlər bu il “Şahdağ Turizm Mərkəzi”ndə bir araya gəldi. Səbəkar isə, əlbəttə, “Red Bull Qaçaqaç” tədbiri idi!

Paytaxtımızın əsas qış turizmi mərkəzinin ev sahibliyi etdiyi oyunda həvəskar və ya peşəkar 100-ə yaxın idmansevər qatılmışdı.

Yarışda iştirakçıları çətin mübarizə gözləyirdi. Onlar 2351 km yüksəklikdən öz snoubord və ya xizəklərinə doğru qaçmalı, 7 km-lik yolun davamını isə sürüşərək qət etməli idilər. Soyuq və çətin hava şəraitinə baxmayaraq, iştirakçıların hər biri bunu bacardı! Amma təbii ki, öz bacarıqları və sürəti ilə fərqlənənlər də var idi.

Bildiyin kimi, biz cəmi 1 qalib axtarışında deyildik. Yarış bütün iştirakçılara unudulmaz təcrübə yaşatsa da, onlardan 4-ünə qalib adını da qazandırdı. Ən sürətli snoubord və xizək sürən qadınlar kimi müvafiq olaraq Günay Cavanşir və Dinara Əhmədova, eyni kateqoriyalar üzrə qalib gələn kişilər isə Roman Kundrat və Ceyhun Balamədov qalib seçildi!

Əlbəttə ki, qaliblərimizi mükafatsız qoymadıq. Onların hər birinə 500 AZN“Red Bull”dan, “Go Sport”dan 100 AZN-lik vauçer, “Baku Snow Sports Club”dan portativ səsucaldıcı və “Şahdağ Turizm Mərkəzi”ndən vauçer hədiyyə edildi.

“Red Bull Qaçaqaç”ı qaçırmısan və ya dadı damağında qalıbsa, sənə şad xəbərimiz var: Tədbirin növbəti illərdə yenidən ölkəmizdə keçirilməsi planlaşdırılır! Bizə isə səbirsizliklə gözləmək qalır.

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!