Frame.az “Business of Fashion” portalına istinadla xəbər verir ki, reytinq siyahısında Kanye Vestin “Yeezy”, “Balenciaga”, “Vetements”, “Givenchy”, “Valentino”, “Y-3”, “Prada”, “Nike” və “Fendi” brendləri də yer alıb.
Mütəxəssislərin fikrincə, “Gucci”nin populyarlığı şirkətin məhsulları barədə rəqəmsal televiziya proqramlarının, maraqlı rəsmlərin və sci-fi filmlərin (fantastik) yayımlanması ilə əlaqədardır.
“Business of Fashion” son buraxılışında ən çox satılan əşyaların reytinqini də təqdim edib. Bu siyahıda “Chloé Nile” çantası, “Serafina Diane von Furstenberg” geyimi, həmçinin “Gucci”dən bantlı ziyafət geyimi yer alıb. Ən çox satılan ayaqqabı modeli isə “Saint Laurent”in “YSL” dikdabanı, “Gucci” və “Givenchy”nin idman ayaqqabıları olub.